...

Financial Chain Corporation-ın ağacəkmə aksiyası (FOTO)

Cəmiyyət Materials 5 Mart 2024 11:20 (UTC +04:00)

Bakı. Trend:

“Yaşıl Dünya naminə Həmrəylik İli”ndə, daim sosial layihələrdə fəal iştirak edən, fauna və floranın mühafizəsinə böyük önəm verən Financial Chain Corporation şirkəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Caspian Energy Club ilə əməkdaşlıq çərçivəsində bu dəfə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib.

Financial Chain Corporation-ın bu gözəl təşəbbüsünə Bureau 19 və Lunchef şirkətləri də böyük məmnuniyyətlə qoşuldular. Aksiya çərçivəsində 100 Eldar şamı və zeytun ağacları əkilib. Nəzərinizə çatdırırıq ki, tədbirdən əvvəl ərazi zibildən təmizlənib, damcı suvarma sistemləri quraşdırılıb.

#Gözəl Təbiət, #Gözəl Gələcək şüarı ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühiti qorumaq, ekoloji tarazlığı bərpa etmək və təbiətə töhfə vermək olub.

Bildiyiniz kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının 5 milli prioritetindən biri təmiz və sağlam ətraf mühit, eləcə də yaşıllıqların genişləndirilməsidir. Bu səbəbdən ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi hazırda ən vacib məsələlərdəndir.

Daha ətraflı: https://f-chain.com/financial-chain-corporations-tree-planting-action/

Xəbər lenti

Xəbər lenti