...

Bölgələrdə vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir - Komitə sədri

Cəmiyyət Materials 14 Mart 2024 12:20 (UTC +04:00)
Bölgələrdə vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bölgələrdə vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov bildirib.

O qeyd edib ki, müraciət edən seçicilərin əsas şikayətləri bununla bağlıdır.

“Ümid edirik ki, yaxın zamanda bu qanunun qəbul olunması ilə bu məsələ öz həllini tapacaq. Vaxtı keçmiş və keyfiyyətsiz dərman vasitələrə rast gəlinməli deyil.

Bunun üzərində ciddi işlər aparılmalıdır. Bundan əlavə, bölgədə əhalinin elektron reseptlərdən məlumatı azdır. Ona görə də bu sahədə də işlər gücləndirilməlidir”, - deyə komitə sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanda dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxil edilmə qaydası müəyyənləşir. “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikliyə əsasən, icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində derman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar qəbul edir. İcazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti