...

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri HƏBS EDİLDİ

Cəmiyyət Materials 21 Mart 2024 12:26 (UTC +04:00)
İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri HƏBS EDİLDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar.

Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti