...

Kəlbəcərdə əl qumbaraları və sursat aşkar olunub

Cəmiyyət Materials 12 Aprel 2024 11:36 (UTC +04:00)
Kəlbəcərdə əl qumbaraları və sursat aşkar olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti