...

Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Cəmiyyət Materials 15 Aprel 2024 13:59 (UTC +04:00)
Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ödəyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilir.

Trend xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) ödənilir.

Xəbər lenti

Xəbər lenti