Bakı. Trend:
Embawood əməkdaşları şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evini ziyarət edib. Ziyarətin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların əhval-ruhiyyəsini yüksəltmək , onlara qayğı və sevgi göstərməkdir.
Tədbir zamanı Embawood əməkdaşları tərəfindən 3 saylı Usaq Evinin balaca sakinlərinə hədiyyələr təqdim olunub və uşaqlarla maraqlı gün keçirilib. Ziyarət zamanı animatorlar tərəfindən təşkil olunan əyləncəli oyunlar uşaqların marağına səbəb olub.
Uşaq hüquqlarının təmin olunması və qorunması işıqlı və parlaq gələcəyin təməlidir. Uşaqlar üçün xoşbəxt və təhlükəsiz gələcəyi təmin etmək hər birimizin məsuliyyətidir.
Qeyd edək ki, ilk yerli mebel brendi olan Embawood Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Ukrayna, Gürcüstan kimi ölkələrdə şirkət toplam olaraq 6 fabrik və 140 dan cox mağazası ilə öz fəaliyyətini davam etdirir. Embawood şirkəti fəaliyyət göstərdiyi 28 il ərzində müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.