Bakı. Trend:
Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib.
“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir.”
G.Məmmədovanın sözlərinə görə bu gün Bakıda və Abşeron
yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə
dəniz suyunun temperaturu 24-27 dərəcə
isti təşkil edəcək.