...

Şabranda evə hücum edildi - Ölən və yaralanan var (YENİLƏNİB)

Cəmiyyət Materials 24 İyun 2024 19:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.

Xatırladaq ki, İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

xxx

10:11

Şabranda evə hücum edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd edilib ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti