...

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 10 Sentyabr 2024 15:08 (UTC +04:00)
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra BŞTİ-nin 2023-2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.

E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023-2024-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

N.Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

N.Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Konfrans panel müzakirələrlə davam edib.

Panel müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak edib.

Panel müzakirələrdə konfrans iştirakçılarının fikirləri dinlənilib, qonaqların, ekspertlərin təklif və tövsiyələrinə yer verilib, suallar cavablandırılıb.

Daha sonra Bakı şəhəri 113 nömrəli tam orta məktəbin məzunu, Qarabağ Universitetinin tələbəsi Əli Məmmədzadə çıxış edərək öz uğur hekayəsindən danışıb, qarşıya qoyduğu məqsədlərdən söz açıb.

xxx

12:26

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə çiçəklər düzüblər.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, ötən il bağçalara 14 müdir, 142 tərbiyəçi müəllim işə qəbul edilib.

O qeyd edib ki, məktəblərə isə 12 direktor, 2472 müəllim işə qəbul olub.

“Ötən il 9 məktəb təmir edilib, 3 məktəb isə yeni inşa olunub. 51 bağça isə təmir edilib, 2 bağça yeni inşa olunub”,- deyə o əlavə edib.

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, may ayından sonra bəzi müəllimlər tədrisi tez bitirib, yay tətilinə getməyə can atır.

O qeyd edib ki, dünyanın heç bir yerində təhsil naziri məktəblərdə uşaqlar arasında olan anlaşılmazlıqlarla, davalarla bağlı suallara cavabdeh deyil.

“Bizim istəyimiz vəzifəmiz ondan ibarətdir ki, müəllimlərin peşakarlığı, təhsilin keyfiyyəti artsın. Müəllimlərin işəqəbulu ilə bağlı bugünki model ən uyğunudur. Sanki məktəbdəki təlim prosessi bir tərəfə qalıb, inzibati işlərə daha çox vaxt və resurs ayrılır. Hansısa jurnalı düz yazmaq vacibdir, yoxsa şagirdə təlim keçmək? İyunun 15-ə qədər tədrisi uzatmağımızdan xeyli dövr keçib. Amma sanki həmin dövrü hər kəs tez bitirib, yay tətilinə getməyə can atır. Mayın ayından sonra səmərəlilik aşağı düşür. Bu belə olmalı deyil. Həmin dövrdə yay tapşırıqları hazırlanmalı, geridə qalan zəif şagird öyrədilməli, təkrarlar edilməlidir.

Bizim cəmiyyətin bəzi qismində yalnış anlama problemi var. Məsələn dövlət sifarişli yerlərin sayının artmasını təhsil haqqının artımı kimi başa düşən var. Səhv başa düşənlər bunu utanmaz-utanmaz başqasına da deyir”,- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti