...

Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verildi

Cəmiyyət Materials 1 Oktyabr 2024 13:03 (UTC +04:00)
Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edib.

Trend bu barədə Agentliyə istinadən məlumat verir.

Görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1160-dən çox təhlükəsizlik səddi çəkilib.

Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti