Bakı. Trend:
2024-cü ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 min nəfərdən çox olub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onların 31,8%-ni kişilər, 68,2%-ni isə qadınlar təşkil edib.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da sentyabrn 25-də tam ödənilib.