Bakı. Trend:
Tələbələrin startap layihələrinə addım-addım cəlb edilməsi önəmlidir.
Trend xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında Anlaşma Sazişinin imzalanma mərasimində çıxış edərkən deyib.
O bildirib ki, layihənin uğurla icrası tələbələrdə özlərinə güvənin yaranmasına şərait yarada bilər.
"SABAH.city layihəsi bizə təkrarçılıqdan, israfçılıqdan qaçmağa imkan verir. SABAH. city layihəsi müasir rəqəmsal layihələrin təhsil siteminə inteqrasiyası üçün çox uğurlu olacaq. Layihənin uğurla icrası üçün ən böyük məsələ keyfiyyətin qorunmasıdır. Burada təhsilin keyfiyyəti, dürüstlüyün gözlənilməsi ən önəmli məsələlərdəndir", - deyə o əlavə edib.