...

OMBUDSMAN QADINLARIN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ BAXIŞ KEÇİRİB

Cəmiyyət Materials 22 İyul 2005 18:43 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 4 saylı qadın cəzaçəkmə müəssisəsinə baş çəkib. Bu barədə Trend ə Azərbaycanın Ombudsman Aparatından məlumat veriblər.

Ombudsman məhbusların hər biri ilə ayrı-ayrılıqda görüş keçirərək onların saxlanma şəraiti, hüquqlarının müdafiəsi məsələləri, onlara qarşı işgəncə verilməsi hallarının mövcud olub-olmaması ilə maraqlanıb.

Məhbus qadınlarla söhbət zamanı ombudsmana məlumat verilib ki, onlara qarşı heç bir işgəncə tətbiq olunmur.İnsan hüquqları üzrə müvəkkil koloniyanın rəhbərliyinə konkret tövsiyələr verib

Xəbər lenti

Xəbər lenti