...

YUNESKO AZƏRBAYCANDA TƏHSİL SİSTEMİNİN VƏZİYYƏTİNƏ DAİR HESABAT HAZIRLAYACAQ

Cəmiyyət Materials 26 Avqust 2005 12:13 (UTC +04:00)

YUNESKO Azərbaycanda təhsil sisteminin vəziyyətinə dair hesabat hazırlayacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 26-da YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycanı tərk etməzdən əvvəl bildirib.

Baş direktorun sözlərinə görə, hesabat onun Azərbaycana səfərinin yekunları əsasında hazırlanacaq və təşkilata təqdim ediləcək. YUNESKO-nun baş direktoru səfərdən və ölkə rəhbərliyi ilə görüşlərdən razı qaldığını bildirib. O, Azərbaycan və təşkilat arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını səfərin əsas uğuru adlandırıb. Onun fikrincə, bu memorandum ikitərəfli əməkdaşlığın gələcəkdə inkişafını müəyyən edəcək.

Xatırladaq ki, K.Matsuuranın YUNESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın dəvəti ilə Azərbaycana rəsmi səfəri avqustun 23-dən 26-na kimi davam edib. O, səfər çərçivəsində "Azərbaycan- YUNESKO: gələcəyə yol" konfransında iştirak edib, Qobustan dövlət qoruğunda olub, İçərişəhər və atəşpərəstlərin məbədi "Atəşgah"a baş çəkib.

Səfər zamanı baş direktoru Mehriban Əliyeva və təşkilatın rəsmi nümayəndələri müşayiət ediblər.

Xəbər lenti

Xəbər lenti