...

KİV-in növbəti monitorinqinin yekunları açıqlanıb

Cəmiyyət Materials 1 Noyabr 2005 17:53 (UTC +04:00)

Azərbaycanın mətbu orqanları teleradio şirkətlərindən geri qalmayaraq seçki prosesinə daha "diqqətlə" yanaşır. Trend bildirir ki, noyabrın 1-də Bakıda keçirilən mətbuat konfransında ekspert qrupunun rəhbəri Zeynal Məmmədli Azərbaycanın media orqanlarının monitorinqinin növbəti həftəsinin yekunlarını belə şərh edib.

Monitorinq oktyabrın 22-dən 28-dək Avropa Şurasının informasiya ofisinin dəstəyi ilə keçirilirdi və bu çərçivədə materiallar seçki kampaniyasının Azərbaycan KİV-nin əxlaq Məcəlləsinin müddəalarına müvafiq işıqlandırılması mövzusunda araşdırılırıb.

Z.Məmmədli qeyd edib ki, son günlərdə seçicilərlə maarifləndirmə işlərinin və müzakirələrin sayının aşağı səviyyədə olduğu bir vaxtda siyasi reklam və təbliğatın həcmi genişlənib.

"Ötən həftələrlə müqayisədə Məcəllənin pozulması halları kəskin azalıb, amma bu meyl siyasi reklam materiallarının sayının artması ilə bağlıdır"-deyə ekspert qrupunun rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycanın telekanalları arasında KİV-nin əxlaq Məcəlləsinin pozulması hallarının sayına görə "Lider" kanalı yenidən lider olub.Telekanal efirə 122 material hazırlayıb və bunlarda 25 pozuntu (20,49%) aşkar edilib. Sonra digər telekanallar:AzTI (6.68%), İctimai televiziya (6.34%), "ATI" (5.71%), "Space" (5.17%). "ANS" pozuntu aşkar edilməyən yeganə kanal olub.

Ötən həftə "Mənfi sürpriz" Məcəlləni daha fəal pozan mətbu orqanlar arasında "Kaspi" qəzeti olüub.

Mətbu orqanlar arasında daha çox pozuntu "Reytinq" qəzetinin materiallarında qeydə alınıb. Qəzetdə dərc edilmiş 33 materialda Məcəllənin pozulması ilə bağlı 28 fakt (84,8%) aşkar edilib. İkinci və üçüncü yerləri müvafiq olaraq "Kaspi" (72,098%) və "Səs" (71,56) qəzetləri tutur.

Z. Məmmədli həm də ölkədə parlament seçkilərinin işıqlandırılmasına daha böyük diqqət ayıran üç nəşrin adını qeyd edib. Bu, müxalifət qəzetləri: "Yeni Müsavat" (229 material) və "Azadlıq" (174 məlumat), "Bakı Xəbər" (176 məqalə) qəzetləridir.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən mətbu orqanlar arasında pozuntu faizi aşağıdakı kimi bölünüb: "Xalq qəzeti" (38,63%), "Respublika" (23,7%), Bakinskiy Raboçiy" (20,00%) və "Azərbayan" (19,60%).

"Monitorinqin məqsədi Azərbaycan ictimaiyyətinin diqqətinə həqiqi vəziyyəti çatdırmaqdır. Vətəndaşlar bilməlidir ki, KİV-nin hansı orqanları öz vəzifələrini yerinə yetirmir"-deyə ekspert qeyd edib. O, bildirib ki, monitorinq ölkədəki seçkiqabağı vəziyyətə müsbət təsir edəcək. Qeyd edək ki, monitorinq noyabrın 19-da başa çatacaq.

Monitorinq qrupunun tərkibinə AŞ tərəfindən seçilən 7 ekspert daxildir. Onlardan ikisi telekanalların, 4-ü isə qəzetlərin monitorinqini aparır. Zeynal Məmmədli qrupun rəhbəri təyin edilib.

Xəbər lenti

Xəbər lenti