...

Şahin Diniyev Məşqçilər Şurasını ləğv etmək niyyətindədir

Cəmiyyət Materials 7 Dekabr 2005 18:28 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının məşqçisi təyin edilmiş Şahin Diniyev Məşqçilər Şurasını ləğv etmək niyyətindədir.

Mütəxəssis Trend ə bildirib ki, eyni vaxtda altı məşqçi ilə bu və ya digər məsələnin müzakirəsində qarşılıqlı anlayışa nail olmaq kifayət qədər çətindir. Buna görə də Ş.Diniyev klubları gəzərək komandaların məşqçiləri ilə görüşməyi, eləcə də onu maraqlandıran futbolçuları yoxlamağı üstün tutur. "Mən hesab edirəm ki, həmin üsul daha təsirlidir və mən bunu dəstəkləyəcəyəm. Komandaları gəzmək düşünmək üçün əlavə qidadır" -deyə məşqçi bildirib.

Qeyd etmək lazımdır ki, Ş.Diniyev artıq yığmanın keçmiş baş məşqçisi Vaqif Sadıqov, eləcə də "Neftçi" komandasında Ağasəlim Mircavadov ilə görüşə bilib.

Xəbər lenti

Xəbər lenti