...

Son illər ərzində Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb

Cəmiyyət Materials 28 Dekabr 2005 16:30 (UTC +04:00)

Son 15 il ərzində Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb. Bu barədə Trend ə AR Təhsil Nazirliyində bildirilib.

Buna səbəb həmin müəssisələrdə yaranmış problemlər (istilik sistemi işləmir, ərzaqla az təmin olunur və s.) olub. Bu müəssisələrdən 45-i Bakı şəhərində yerləşir. 242 məktəbəqədər təhsil müəssisəsi işğal olunmuş ərazilərdə qalıb və məhv edilib. Respublikanın müxtəlif şəhər və rayonlarında 1683 qaçqın və məcburi köçkün ailəsi məktəbəqədər təhsil müəssisələrinin binalarında yaşayır. Təkcə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinin binalarında 737 ailə yaşayır.

Nazirlikdə bildirilib ki, hazırda ölkədə 110081 uşağı əhatə edən 1761 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 104458 uşağı əhatə edən 1692 müəssisə Təhsil Nazirliyi sistemindədir.

Hazırda məktəbəqədər təhsilin təkmilləşdirilməsinə dair Dövlət Proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Proqramın həyata keçirilməsi üçün 443,3 mlrd. manat həcmində vəsait tələb olunur. Asiya inkişaf bankı (AİB) ilə "Erkən yaşlı uşaqların inkişafı" layihəsi üzrə sazişə müvafiq olaraq cari ildə müəyyən işlər görülüb, Bank nümayəndələrinin iştirakı ilə seminarlar və konfranslar keçirilib.

Xəbər lenti

Xəbər lenti