...

"Xəzər" üç rumın futbolçusu ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 14 Yanvar 2006 13:41 (UTC +04:00)

Azərbaycanın ikinci çempionu "Xəzər" daha üç rumın futbolçusu ilə müqavilə imzalayıb.

Trend ə məlum olub ki, Antalyada lənkəranlılar yarımmüdafiəçilər Robert İliş, Katalin Lit və forvard Yonut Savo ilə münasibətləri rəsmiləşdirib. Bu üçlükdə Buxarestin "Rapid" klubunda çıxış edən R.İliş daha titullu sayılır və o, bu komandanın tərkibində ölkə çempionu və Rumıniya Kubokunun sahibi olub. Təqdirəlayiqdir ki, bu oyunçularla müqavilə imzalanan vaxtadək "Xəzər" Daniel Muntyanın simasında daha bir rumın müdafiəçini öz sıralarına cəlb edib.

Eyni zamanda komandanın rəhbərliyi "Saturn"un moldovalı forvardı Sergey Roqaçevlə razılığa gələ bilməyib və onun xidmətindən imtina edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti