Yaxın günlərdə Macarıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin bir qrupunun Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nümayəndə heyətinə Macarıstanın aparıcı televiziya və qəzetlərinin tanınmış jurnalistləri daxildir. Macar jurnalistləri 5 gün müddətində Azərbaycanda aparıcı kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə yaxından tanış olacaq, rəsmi, ictimai-siyasi təşkilatların rəhbərləri ilə görüşəcək, yerli jurnalistlərin təşkil etdiyi "dəyirmi masa"da istirak edəcəklər. Qonaqlar, həmçinin, Bakının tarixi yerlərinə baş çəkəcək, sakinlərlə görüşəcəklər.