...

Almaniyanın Pedaqoji Mübadilə Xidməti azərbaycanlı məktəblilərə təqaüd ayırıb

Cəmiyyət Materials 28 Mart 2006 12:09 (UTC +04:00)

Almaniyanın Pedaqoji Mübadilə Xidməti azərbaycanlı məktəblilərə təqaüd ayırıb. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, dünyanın 90 ölkəsində həyata keçirilən bu proqram çərçivəsində təqaüd alanlar avqustun 13-dən sentyabrın 11-nə kimi Almaniyada olacaqlar.

Təqaüdçülər 14-18 yaşında alman dilini bilən məktəblilər olacaqlar. Onlar 2 həftə ərzində alman ailələrində yaşayacaq, onların məktəblərində yaşayacaq və Köln, Bonn, Berlin və Münhen şəhərlərinə səfər etmək imkanına malik olacaqlar.

Xəbər lenti

Xəbər lenti