Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Xızı və Siyəzən rayon polis idarələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.
Ombudsman bu idarələrin bir sıra istintaq təcridxanalarına və müvəqqəti saxlanma yerlərinə baş çəkib, burada müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, həmçinin, insan ləyaqətini alçaldan hərəkətlərə yol verilib-veriməməsi ilə bağlı vəziyyəti öyrənib. Saxlanılan şəxslərlə söhbət zamanı belə hallara yol verilməsi faktı aşkar olunmayıb.
Səfər zamanı ombudsman bu rayonların icra hakimiyyəti başçıları ilə görüşüb, ona ünvanlanmış bir sıra müraciətlərə baxıb.