...

Nazim İbrahimov Gürcüstanın və İsrailin nümayəndə heyətləri ilə görüşüb

Cəmiyyət Materials 15 May 2006 20:28 (UTC +04:00)

Mayın 15-də Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Georgi Xeviaşvilini qəbul edib. Bu barədə Trend ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə olunub. İki ölkə arasında mövcud strateji tərəfdaşlığın bütün mövcud problemlərin həlli üçün geniş imkanlar açdığı bildirilib. Tərəflər Azərbaycanla Gürcüstan hökumətlərinin strukturları arasında gələcəkdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər.

Elə bu gün N.İbrahmov İsrail Knessetinin (parlamentinin) deputatı İosif Şaqalı da qəbul edib. Görüşdə Azərbaycan və İsrailin diaspor təşkilatları arasında münasibətlərin inkişafı imkanları müzakirə olunub. Dövlət komitəsinin sədri Azərbaycanın öyrənməyə tələbatı olduğu yəhudi diasporunun böyük təcrübəsini qeyd edib.

Xəbər lenti

Xəbər lenti