...

Ahıska türklərinin "Vətən" Cəmiyyətinin nümayəndə heyəti iyulun 16-da Krıma səfər edəcək

Cəmiyyət Materials 7 İyul 2006 12:26 (UTC +04:00)

Ahıska türklərinin "Vətən" Cəmiyyətinin nümayəndə heyəti iyulun 16-da Krıma səfər edəcək. Bu barədə Trend ə Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

Səfərdə məqsəd 1944-cü ildə Özbəkistan və Qazaxıstana deportasiya olunmuş Krım tatarlarının vətənə repartriasiya olunarkən üzləşdiyi problemlərlə maraqlanmaqdır: "Deportasiya olunan 750 min tatardan 350-ni Krıma qayıdıb. Qayıdarkən onların üzləşdiyi problemlər, dövlət tərəfindən onların necə qarşılanması məsələləri ilə tanış olmaq istəyirik ki, nə vaxtsa biz də vətənimizə geri dönəndə bu sahədə təcrübəmiz olsun və belə problemlərlə üzləşməyək".

İ.Burxanov onu da vurğulayıb ki, Krım tatarlarının lideri Mustafa Cəlilovla görüşüb bu məsələləri müzakirə edəcək. İ.Burxanov onu da qeyd edib ki, Krıma repartriasiya olunan tatarlar Bağçasaray rayonunda məskunlaşıblar. 10 nəfərlik nümayəndə heyəti ilə Krıma səfər edəcək Azərbaycanın ahıska türkləri iyulun 22-də Bakıya qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti