...

"Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" üzrə Dövlət proqramının layihə hazırlıqları başa çatıb

Cəmiyyət Materials 7 İyul 2006 18:57 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi "Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" üzrə Dövlət proqramının layihə hazırlıqlarını başa çatdırıb. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

Nazirlikdən verilən xəbərə görə, proqramda məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, ixtisaslaşdırılmış kadrların hazırlanması və s. nəzərdə tutulub. Proqramın layihəsi bu günlərdə hökümətin və ayrı-ayrı müvafiq qurumların müzakirəsinə veriləcək. Proqram dövlət hesabına maliyyələşdiriləcək.

Nazirlikdə həmçinin qeyd ediblər ki, hazırda kitabxanaların latın qrafikalı kitablarla təchiz olunma problemi tamamilə həll olunub.

Xəbər lenti

Xəbər lenti