...

Görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadə vəfat edib

Cəmiyyət Materials 17 İyul 2006 18:27 (UTC +04:00)
Görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadə vəfat edib

Trend agentliyi Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, bu gün səhər Bakıda Mərkəzi neftçilər Xəstəxanasında texniki elmlər doktoru, professor Azad Mirzəcanzadə vəfat edib.

A.Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub. Son ana qədər Azərbaycan Dövlət Neft Akademiyasının Neft Yataqlarının İşlənilməsi və İstismarı kafedrasının professoru olub.

Hazırda onun meyiti Mərkəzi neftçilər Xəstəxanasındadır. Vida mərasiminin sabah Azərbaycan Dövlət Neft Akademiyasında keçiriləcəyi gözlənilir.

A.Mirzəcanzadə 1991-ci ildən Başqırdıstan Elmlər Akademiyasının fəxri üzvü, 1993-cü ildən Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti, 1995-ci ildən Ukrayna Neft-qaz Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü idi.

1952-1960-cı illərdə dosent, ADU-nun Nəzəri Mexanika və Geofizika kafedralarının professoru, 1959-1962-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Nəzəri Mexanika kafedrasının müdiri, 1962-1977-ci illərdə ADNA-nın Neft Yataqlarının İşlənilməsi və İstismarı kafedrasının müdiri olub.

Xəbər lenti

Xəbər lenti