...

Misirdən 20 tələbə təhsil almaq üçün Azərbaycana gələcək

Cəmiyyət Materials 7 Sentyabr 2006 15:22 (UTC +04:00)

2006-2007-ci dərs ilində Azərbaycanın ali təhsil məktəblərində təhsil almaq üçün Misirdən 20 tələbə ölkəmizə gələcək.

Bu barədə Trend ə Misir səfirliyindən məlumat verilib.

Tələbələr Azərbaycan Neft Akademiyası, Tibb və İncəsənət universitetlərinin magistratura və aspiranturasında oxuyacaqlar. Bütün tələbələr yataqxana və təqaüdlə təmin olunacaq.

"Elə həmin sayda azərbaycanlı tələbə yeni dərs ilində Misirin nüfuzlu təhsil müəssisələrinə göndəriləcək", - deyə diplomatik missiyadan bildirilib.

Xəbər lenti

Xəbər lenti