...

Aslanbek Çintamirov: Təklif etdim ki, Zamirə Hacıyevanı yox, Cahangir Hacıyevi oğurlayaq

Cəmiyyət Materials 12 Sentyabr 2006 18:38 (UTC +04:00)

Trend-i buradan izləyin

Sentyabrın 12-də Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən Aslanbek Çintamirov söyləyib ki, o, Hacı Məmmədova Zamirə Hacıyevanı yox, Beynəlxalq Bankın prezidenti olan əri Cahangir Hacıyevi oğurlamağı təklif edib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

"Hacı Məmmədov Zamirə Hacıyevanı oğurlamaq barədə planını bildirəndə mən ona söylədim ki, qadını oğurlamaq düzgün deyil. Lakin o dedi ki, sifariş belədir. Mən Zamirə Hacıyevanın əri Cahangir Hacıyevin iş qrafikinə qədər dəqiqləşdirmişdim, onu bir neçə gün izləmişdim. Beynəlxalq Banka saat neçədə gəlməsi və oradan evinə saat neçədə getməsi barədə dəqiq məlumatlar əldə edəndən sonra Hacıya təklif etdim ki, gəl Cahangirin özünü oğurlayaq. Ancaq razı olmadı" - deyə A.Çintamirov bildirib.

Daha sonra təqsirləndirilən şəxs zərərçəkmişlərin epizodlar ətrafındakı suallarını cavablandırıb. Çintamirov "Azərmebelsənaye" Dövlət Konserninin dirnektoru Nazim Paşayevin və onun sürücüsü Natiq Abbasovun oğurlanması ilə bağlı suallara cavab verərkən söyləyib ki, girov saxlanılanların mühafizəsi ona və dəstə üzvü Sidek Abdulvahabova tapşırılıb. N.Paşayev buraxılması üçün hər iki çeçenə ümumilikdə 40.000 ABŞ dolları vəd edib. "Ancaq biz Hacıdan qorxduğumuz üçün bu təklifdən imtina etdik".

Aslan Çintamirovun sözlərinə görə, Hacı Məmmədov AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun qətlini ona həvalə edərkən deyib ki, bu qətl sifarişlidir.

Məhkəmə iclası sentyabrın 13-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti