Şahmat üzrə klublararası Avropa Kubokunun 5-ci turundan sonra lider dəyişikliyi baş verib. Trend in xəbər verdiyi kimi, Teymur Rəcəbovun "Ladya" komandası İsrailin "Aşdod" klubu üzərində qələbədən sonra (Teymur P.Elyanovla heç-heçə oynayıb) 9.0 xal toplayıb və hazırda yarışın reytinqinə görə Rusiyanın ən güclü "Ural" komandası ilə 1-2-ci yerləri bölüşdürür.
Şəhriyar Məmmədyarovun rəhbərlik etdiyi "Elara" klubu bu turda elə "Ural" klubuna məğlub olub və 8-ci yerə enib. Şəhriyar planetin ən maraqlı şahmatçılarından biri A.Şirovun müqavimətini qıra bilməyib və partiya heç-heçə ilə başa çatıb.