...

Azərbaycanın qadınlardan ibarət futbol yığmasının Avropa çempionatının seçim turnirinə düşmək şansları var

Cəmiyyət Materials 21 Noyabr 2006 15:58 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət futbol yığmasının Avropa çempionatının seçim turnirinə düşmək şansları var.

Trend xəbər verir ki, Buxarestdə keçirilən ilkin raundun oyunları zamanı Şamil Heydərovun yetirmələri estonlulara 3:2 hesabı ilə qalib gəlib. Bu zaman futbolçular əsl iradə qələbəsi qazanıblar. Elə görünürdü ki, komanda məğlubiyyətdən yaxa qurtarmayacaq, lakin hər şeyi görüşün sonuncu doqquz dəqiqəsi həll edib. Bu zaman Olqa Vasilyevanın dublu kollektivin ilk üç xalı yığmasına imkan verib.

Beləliklə, iki oyundan sonra Azərbaycan turnir cədvəlinin ikinci pilləsini Bolqarıstanla bölüşür, lakin hələlik yüz faiz nəticə göstərmiş rumıniyalılar cədvəldə liderlik edirlər.

Xəbər lenti

Xəbər lenti