...

Azərbaycan Sankt-Peterburq hökümətinə Əməkdaşlıq niyyəti haqqında Protokol layihəsini təqdim edib

Cəmiyyət Materials 28 Noyabr 2006 13:45 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Sankt-Peterburq hökümətinə mədəniyyət və turizm sahəsində Əməkdaşlıq niyyəti haqqında Protokol layihəsini təqdim edib. Trend xəbər verir ki, sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda Rusiya İli çərçivəsində Sankt -Peterburq Mədəniyyət günlərində iştirak etmək üçün Azərbaycana gələn Sankt-Peterburq hökümətinin Mədəniyyət komitəsinin sədri Nikolay Burova təqdim edib.

Ə.Qarayev görüşdə bildirib ki, Azərbaycan mədəniyyət və turizm sahəsində Sankt-Peterburqla əməkdaşlığın inkişafında maraqlıdır. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi muzey işi, kitabxana sistemi, mədəni turizm kimi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Nümayəndə heyətinin başçısı N.Burov vurğulayıb ki, Azərbaycan paytaxtında "Sankt-Peterburqun Bakıya mədəni missiyası" şüarı altında Sankt-Peterburq Mədəniyyət günlərinin açılışı - ikitərəfli münasibətlərə doğru atılan daha bir addımdır. O, mədəniyyətin bütün sahələrində təcrübə və biliklə bölüşməyə, Azərbaycan mütəxəssislərinin Sankt-Peterburqda ixtisaslarının artırılmasına yardım etməyə hazır olduqlarını bildirib.

N.Burovun sözlərinə görə, Günlərdə iştirak etmək üçün Rusiyanın şimal paytaxtının nümayəndə heyəti Azərbaycan paytaxtına gəlib. Günlər Müslüm Maqomayev adına Bakı dövlət filarmoniyasında Mariin teatrı solistlərinin böyük konserti ilə açılacaq. Dekabrın 1-nə qədər keçiriləcək Günlərin mədəniyyət proqramına "Təmtəraqlı Peterburq" adlı foto-sərgi daxildir, həmçinin "Lenfilm" kinostudiyasında çəkilmiş filmlər göstəriləcək.

Balet həvəskarlarını böyük incəsənətlə ünsiyyətdən unudulmaz həzz dəqiqələri gözləyir: Marinka solistlərinin ifasında onlar dünya balet sənətinin klassikası - Minkusun "Don Kixot"unu görə bilərlər. Sankt-Peterburqda Mədəniyyət günləri Azərbaycanda Rusiya İlini başa çatdıran son tədbirlərdən biridir. Rusiya İli dekabrın 4-5-də Bakıda bağlanacaq. Mərasimdə iştirak etmək üçün RF hökümət başçısı Mixail Fradkovun rəhbərlik etdiyi hökümət nümayəndə heyəti Azərbaycana gələcək.

Xəbər lenti

Xəbər lenti