...

Azərbaycanlı zəvvarlar iki sutkadır ki, Ciddə aeroportunda aviareys gözləyirlər

Cəmiyyət Materials 13 Yanvar 2007 13:49 (UTC +04:00)

Həcc ziyarətindən hava nəqliyyatı ilə qayıdan Azərbaycan zəvvarları bəzi problemlər üzündən ölkəyə gələ bilmirlər. Bu barədə Trend ə hazırda Səudiyyə Ərəbistanın Ciddə şəhərində olan azərbaycanlı zəvvarlardan biri məlumat verib.

Onun bildirdiyə görə, yanvarın 11-ə təyin olunmuş aviareys baş tutmadığı üçün azərbaycanlı zəvvarlar hava limanı ərazisində gözləmək məcburiyyətində qalıblar. Çünki qaldıqları oteli tərk etmiş zəvvarlar ora geri qayıtmaq imkanında deyillər. Buna görə də zəvvarlar artıq iki sutkadır ki, aeroport ərazisində gecələyir və Bakıdan göndərilməli olan təyyarəni gözləyirlər.

Digər zəvvarlardan aldığımız məlumata görə isə, onların maddi imkanları, ərzaq ehtiyatları tükənib, xəstə və yaşlı zəvvarların isə səhhətində problemlər yaranıb. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən Trend ə bildirilib ki, qurum bu problemin həlli ilə məşğul olur. Buna baxmayaraq, zəvvarlar hələ problemlərinin həll olunmadığını deyiblər.

"Azal" Dövlət Konsernindən verilən məlumata görə, bu gün - yanvarın 13-də Bakı-Ciddə hava reysinin olub-olmayacağı hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti