...

"Yeni Müsavat"ın baş redaktorunun məhkəməsi başlayır

Cəmiyyət Materials 23 Aprel 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulvari Gözəlin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə sabah Nizami rayon məhkəməsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Bu barədə bazar ertəsi Nizami rayon məhkəməsindən məlumat verilib. İddiaçı baş redaktor barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işinin açılmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

İddiaya səbəb Arifoğlunun bu il martın 29-da Türkiyənin "Kanal türk" televiziyasındakı çıxışı olub. Telekanalın Arifoğlu iştirak edən verilişində kürd terrorçularının müxtəlif strukturlarla əlaqələrindən söhbət aparlıb.

Arifoğlu hesab edir ki, iddia ona yox, həmin kanala qarşı qaldırılmalıdır.

"Yeni Müsavat" qəzetiylə "Azərsun Holdinq" rəhbərliyi arasında əvvəllər də məhkəmə çəkişməsi olub. Məhkəmələr şirkətin bir neçə iddiasını təmin edərək qəzeti böyük məbləğdə cərimələyiblər.

Xəbər lenti

Xəbər lenti