...

Coşğun "Ofis" işinə rəhbərlik edəcək

Cəmiyyət Materials 30 Aprel 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. "TrendLife" E.Hüseynzadə/

15 maydan etibarən Lider telekanalında yeni layihə start götürəcək. Bu barədə "TrendLife"a "Ofis" adlanan yeni telelayihənin aparıcısı Coşğun Rəhimov xəbər verib. Faktiki olaraq bu layihə bir vaxtlar Rusiya telekanalında yayımlanan bir verlişi xatırladır. Yeni realiti-şouda 15 nəfər iştirakçı çıxış edəcək və hər günlərinə görə maaş alacaqlar. Şounun özünün "Mister X"ı olacaq ki, işi qıraqdan izləyəcək, istədiyi işçini işdən çıxarda və ya əksinə saxlaya bilər. "Mister X"ın kim olduğunu layihənin gedişini izləyəndə bilərsiniz. Şouda iştirak edənlər isə adi tamaşaçılar olacaq. Daha çox SMS göndərən tamaşaçılar verlişdə iştirak etmək şansı qazanacaqlar. Sonda qalib 20.000 manatın sahibi olacaq.

Xəbər lenti

Xəbər lenti