...

Fərda Xudaverdiyev mətbuat konfransına düz yarım saat gecikdi

Cəmiyyət Materials 8 May 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx.Trendlife Eldar Hüseynzadə/Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Tam sərbəst" yumoristik layihəsinin aparıcısı Fərda Xudaverdiyev mətbuat konfransı keçirdi. Trendlife-ın verdiyi məlumata görə, mayın 25-26-da Opera və balet Teatrında "Tam sərbəst" proqramının iştirakçıları ilk solo konserti ilə çıxış edəcəklər. Bu tədbir "Tam sərbəstin" bir yaşına həsr edilr.

Konfransa 10 dəqiqə tez gələn Fərda zalda heç kimi görməyib, çıxıb bir az gəzmək qərarına gəldi. Sonra isə konfransa düz 30 dəqiqə gec gəldi. Bununla nə demək istəyirdi? Demək istəyirdi ki, mən sizi gözlədim, indii də siz məni gözləyin. Bir sözlə, alınan vəziyyət gülməli idi. Yeri gəlmişkən, Fərda Xudaverdiyev nəyə görə gələcək konsertin təşkili barədə mətbuat konfransını məhz bu günə - Şuşanın işğalının 15 illiyi gününə salmışdı? Yəqin ki, bu günün nə demək orlduğunu bilirdi. Çünki konfransa başlamazdan əvvəl o, bir dəqiqəlik sükut elan etdi.

Söhbət o qədər maraqsız idi ki, jurnalistlər ondan daha ətraflı danışmağı xahiş etdilər. Fərda konserti H.Əliyev adına sarayda keçirmək istədiyini, lakin orada təmir bağlandığından Opera və Balet Teatrına keçirilməli olduğunu söylədi. "Tam sərbəst"-in konsertində estradamızın müğənniləri də iştirak edəcəklər. Konkret kim, hələ məlum deyil. "Biz çalışacağıq ki, konsertdə maksimum yumor olsun, antrakt olmasın. Biz ən yaxşı səhnələrimizi seçib göstərəcəyik" -deyə Fərda əlavə etdi.

Nəyə görə tez-tez kollektivdən ayrılmasını soruşanda, o, "kollektivdə işləmək çətindir" - dedi. Ola bilər ki, "Tam sərbəst" də nə vaxtsa dəyişildi. Bir sözlə, konfrans beləcə başa çatdı. Baxaq görək, konsert necə olacaq.

Xəbər lenti

Xəbər lenti