...

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri aclıq aksiyasını təxirə salıb

Cəmiyyət Materials 16 May 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend , müx.K.Zarbalıyeva

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov bu günə planlaşdırdığı aclıq aksiyasını təxirə salıb. Talıbovun vəkili Telman Novruzzadə çərşənbə günü Trend ə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs verdikləri vəsatətlərlə bağlı istintaq hərəkətlərinin keçirilməsi üçün bir neçə gündür saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından Sumqayıt şəhər Polis İdarəsinə aparılıb. İstintaq hərəkətləri yekunlaşandan sonra o, yenidən təcridxanaya qaytarılacaq. Vəkil, Talıbovun aclıq aksiyası keçirməsinə tərəfdar olmasa da, onun təcridxanaya etap olunandan sonra aclığa başlayacağı fikrində israrlı olduğunu bildirib.

Novruzovun sözlərinə görə, Talıbovun saxlanma şəraitindən narazılığı yoxdur. O, qanunsuz həbsindən şikayətçidir.

Talıbov bu gün aclığa başlayacağı ilə bağlı bəyanat vermişdi.

Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Talıbov barəsində Sumqayıt Şəhər Məhkəməsi 2 aylıq həbs cəzası seçib. Onun barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Xəbər lenti

Xəbər lenti