...

2009-cü ildə taekvondo üzrə dünya çempionatını Bakı yox, Kopenhagen qəbul edəcək

Cəmiyyət Materials 18 May 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bakı taekvondo üzrə 2009-cu ildə keçiriləcək dünya çempionatını qəbul edə bilməyəcək. Bu mübarizədə paytaxtımız Kopenhagenə məğlub olub.

Taekvondo federasiyasının vitse-prezidenti Füzuli Musayevin bildirdiyinə görə, Ümumdünya Taekvondo Federasiyasının Baş Assambleyasında (WTF) əksər səsləri Danimarka paytaxtı qazanıb və bu üzdən də mundialı Kopenhagen şəhəri qəbul edəcək. Qeyd edək ki, assambleya iştirakçıları skandinavlara səs verərək müəyyən siyasi motivlərə əsaslanıblar. Belə ki, 2009-cu ildə Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin sessiyası keçiriləcək və burada Olimpiadanın proqramı müzakirə olunacaq.

Onu da əlavə edək ki, assambleyaya yeni üzvlər qəbul olunub. Bunlar Samoa ilə Çernoqoriyadır.

Xəbər lenti

Xəbər lenti