...

Əli İsmayılov WBO-Latino titulunu sentyabrda qoruyacaq

Cəmiyyət Materials 26 May 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Peşəkar boksçumuz Əli İsmayılov WBO-Latino titulunu sentyabrdan tez qoruya bilməyəcək.

İdmançının Trend ə verdiyi xəbərə görə, hazırda promouter Aleksandr Yaqupov mümkün rəqiblərlə danışıqlar aparır. İstisna deyil ki, millinin sabiq kapitanın rəqibi yenidən Cənubi Amerika ölkələrinin idmançılarından biri olacaq. Lakin hələlik bu haqda danışmaq tezdir.

Əli qeyd edib ki, hazırda bütün diqqətini reytinq döyüşünün hazırlığına yönəldib. Xatırladaq ki, bu döyüş iyunda Sankt-Peterburqda peşəkar boks gecəsi çərçivəsində keçiriləcək.

Məlumat üçün onu da bildirək ki, İsmayılov WBO-Latino titulunu fevralda qazanıb. O zaman idmançımız braziliyalı Lusiano Torresi nokauta göndərmişdi.

Xəbər lenti

Xəbər lenti