...

Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişən şəxsin ölümü ilə bağlı prokurorluq araşdırma aparır

Cəmiyyət Materials 29 May 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən Cəlilabad rayon sakininin ölümü ilə bağlı araşdırmalara başlanılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov çərşənbə günü Trend ə bildirib ki, Vidadi Mirzəyev mayın 24-də saat 11 radələrində Bayıldakı 1 saylı İstintaq Təcridxanasına gətirilib. Öz yaxın qohumu ilə eyni kameraya salınıb. Günün ikinci yarısı saat 16.30 radələrində Mirzəyevin səhhəti qəfil pisləşdiyindən kamerasına həkim çağırılıb. Həkimin məsləhəti ilə Mirzəyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Müəssisəyə çatandan bir saat sonra o, xəstəxanada dünyasını dəyişib. Ramazanov bildirib ki, həmin şəxs Bayıla gətirilərkən üzərində heç bir işgəncə, zorakılıq əlaməti olmayıb. Hazırda onun ölümü ilə bağlı Bakının Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ramazanovun sözlərinə görə, Mirzəyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Mirzəyevin Cəlilabad rayon polis şöbəsində işgəncələrə məruz qaldığı, onun boynunun sındırıldığı barədə məlumatlar yayılıb. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Mirzəyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparacağını deyib.

Xəbər lenti

Xəbər lenti