Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Neftçi" futbol klubu iyunun 15-dən yeni mövsümə hazırlığa başlayacaq.
Məhz bu müddətədək oyunçular məzuniyyətdən qayıdacaqlar və UEFA Kubokuna hazırlığa başlayacaqlar. Ölkə birinciliyinin gümüş mükafatçısı avrokubok yarışlarında mümkün qədər çox irəliləmək niyyətindədir. Eyni zamanda klub ölkə birinciliyini də diqqətdə saxlamaq istəyir.
"Neftçi" transfer bazarında kifayət qədər aktivlik nümayiş etdirir. Belə ki, klub artıq bir sıra vacib keçidləri reallaşdıra bilib. Konkret olaraq komandanın heyətini Polşanın "Vidzev" klubundan qolkiper Ruslan Məcidov, müdafiəçi Rail Məlikov, yarımmüdafiəçilər Ramazan Abbasov və Markos Fereyra, habelə forvard Nazar Bayramov gücləndirib.