...

Aygünün ən uğursuz konserti

Cəmiyyət Materials 21 İyun 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Əməkdar artist, müğənni Aygün Kazımovanın T.Bəhramov stadionunda keçən konserti həm onda, həm də biz jurnalistlərdə çoxlu təəssüratlar yaratdı. Əgər siz dünən bu tədbirdə deyildinizsə, heç təəssüflənməyə dəyməz. Şəxsən mən təəssüflənmişəm. Mən özümün baş saat vaxt itirməyimə heyfslənirəm. İki saat konsertin başlanmasını gözləmişəm. Beş manat taksiyə pul vermişəm. Sizi inandırım ki, mən beş saatımı başqa yerə sərf eləsəydim, daha məqsədəuyğun olardı. Hətta bu məqaləyə görə mənə verilən qonarar mənim itirilmiş vaxtımı əvəz edə bilməz.

Kim bu konserdən nə götürdü? Əgər 28 min adamdan 7 mini yığılmışdısa, böyük şeydir. Lakin konsertin iki saat gecikməyi inanmıram ki, tamaşaçıları sevindirə. İş ondadır ki, saat 19:00 planlaşdırılan konsert 120 dəqiqə sonra başladı. Stadionun qapısı hər kəsin üzünə açıq idi. Kimi dostuna zəng vurub deyir ki, "havayıdır, gəlin baxın". Bu müddət ərzində tamaşaçılar milli istiqamətdən tutmuş dünya estradası musiqisinə qədər hər şey dinlədilər. Yəqin ki, orda gəzən su və günəbaxan satıcıları bir aylıq planlarını doldurmuşdular. İnanın ki, konsert başlayana qədər nəinki kişilər, hətta əks cinsin nümayəndələri də açıq- açığına tüstülədirdilər. Necə deyərlər, onlarda günah yoxdur. Televiziyada göstərilən kumirlərindən əla ibrət öyrənirlər.

Saat səkkiz olardı. Tamaşaçılar önünə gecənin aparıcısı şoumen Murad Dadaşov çıxıb bir qədər gözləməyi tələb etdi. Bir az gözləmək çəkdi bir saat. Necə deyərlər, Aygün Kazımova özünün məhşur hitlərini zorlayırdı. Hətta tamaşaçıların yarısı gözələməkdən yorulub, stadionu tərk etəmyə başladılar. Siz bunu bizim çəkdiyimiz videolentlərdən də aydın görə bilərsiniz. Demək olar ki, stadion bom-boş idi. Hərçənd ki, bağırırdılar ki, biletlər artıq yoxdur. Əlbəttə, yox idi. Çünki həmin biletlərə ehtiac duyulmurdu. Kim konsertə baxmaq istəyirdisə, rahat gəlib baxırdı.

Röya gülür, Rəqsanə isə həzz alırdı. Belə səviyyəsizliyi çətin ki, unudasan. Bu boyda müsibət nəyə görə idi? Mən inanmıram ki, iki saat narahat kreslolarda gözləyən tamaşaçı bundan sonra Aygün yaradıcılığını sevə və yaxud hörmət edə. Hətta müğənni iki saatdan sonra tamaşaçıların önünə çıxanda gecikdiyinə görə üzr də istəmədi. Düzgün hərəkət etmədiniz, Aygün xanım. Siz axı işinizn profesionalısınız. Həmişə deyirsiniz ki, xalq üçün oxuyursunuz. Nəyə görə millətə bu qədər əzab verməliydiniz? İstəyirdiniz ki, Röya və Rəqsanəni geridə qoyasınız? Nəticədə heç bir şey edə bilmədiniz.

Siz görün, hələ Namiq Qaraçuxurlunu necə alqışladılar. Heç sizi belə qarşılamadılar. Əvvələr siz konsertdən sonra güllər içində itib batırdınız. İndi isə... Əvvələr sizin adınız Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova ilə birlikdə çəkilirdi. İndi isə adınız Rəqsanə və Xumar Qədimova ilə birlikdə hallanır. Nə oldu? Bundan da o tərəfə, necə deyərlər, "yeri yoxdur". Mənə çox ağırdır bunların hamısını yazmaq. İnanıram ki, sizi sevərlər də bu məqaləni ürək ağrısı ilə oxuyacaqlar. Nə etmək olar? Bu acı da, qəddar da olsa, belədir. İstərdim ki, bu konsert sizin üçün sonuncu olsun. Təəssüf, çox təəssüf!!!...

Xəbər lenti

Xəbər lenti