...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda məhbuslara baş çəkmək səlahiyyətinin müddəti uzadıldı

Cəmiyyət Materials 26 İyul 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə axşamı Bakıda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Martin Amaşerin arasında protokol imzalanıb. Sənəd 2000-ci ildə imzalanmış Azərbaycanda bütün mövcüd azadlıqdan məhrumetmə yerlərinə baş çəkmək səlahiyyəti verən sazişin üçüncü dəfə daha iki il müddətinə uzadılmasını nəzərdə tutur.

BQXK-ya bütün azadlıqdan məhrumetmə yerlərində hər cür kateqoriyalardan olan məhbuslara baş çəkmək hüququ verən saziş beynəlxalq Komitə və Azərbaycan höküməti arasında 2000-ci ilin bir iyununda imzalanmışdı. Bu saziş iki dəfə iki il müddətinə uzadılıb.

Sazişə və BQXK-nın mandatına uyğun olaraq BQXK nümayəndələri 2005-2006-ci illər ərzində Ədliyyə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin tabeliyində olan azadlıqdan məhrumetmə yerlərinə indiyədək 104 dəfə baş cəkib və 1492 məhbusla görüşüblər.

Bu başçəkmələrin məqsədi tam humanitar xarakter daşıyır - məqsəd saxlanılan şəxslərin saxlanma şəraitini, onlarla necə rəftar edildiyini, həmçinin fiziki və psixoloji vəziyyətini qiymətləndirməkdir. Ehtiyac olduğu təqdirdə, BQXK lazımi tövsiyələr verir.

Xəbər lenti

Xəbər lenti