...

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev: "Ermənilər Azərbaycan abidələrini məhv etməkdə davam edirlər"

Cəmiyyət Materials 3 Avqust 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / "TrendLife" müx.Eldar Hüseynzadə/ Azərbaycanın bir çox nümayəndələrinin Dağlıq Qarabağa gedişindən sonra Ermənistanda belə bir söhbətlər getməyə başlayıb ki, ola bilər ki, Dağlıq Qarabağda Bülbülün ev muzeyi bərpa olunsun. Lakin "TrendLife"a mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin verdiyi məlumata görə : "Biz erməni tərəfi ilə Bülbülün ev muzeyinin bərpası barədə söhbətlər aparmamışıq, aparmırıq da. Bu yaxınlarda Qarabağda olmağımızla orada vəziyyətin həqiqətən də sevindirici olmadığının şahidi olduq. Və heç kəsə sirr deyil ki, Azərbaycan abidələri darmadağın edilir. Biz indi çalışırıq ki, Ermənistan tərəfilə bu məsələləri həll edək.

Xəbər lenti

Xəbər lenti