Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması Braziliyadakı mundiala (sentyabr) hazırlıq çərçivəsində Braunşveyqdə (Almaniya) təlim-məşq toplanışı keçirir. Komandanın heyətində gnclər arasında dünya birinciliyinin qalibi Nicat Şıxəlizadə ( 60 kq), üçqat qitə çempionu Elçin İsmayılov ( 66 kq), "Avro -2006"nın qalibi Elnur Məmmədli ( 73 kq), Mehman Əzizov ( 81 kq), Elxan Məmmədov ( 90 kq) və Mövlud Mirəliyev ( 100 kq) məşq edir. Kollektiv Almaniya, Hollandiya, Rusiya və Braunşveyqdə beynəlxalq B kateqoriyalı turnirdən sonra qalan digər ölkələrin idmançıları ilə birgə məşqlər keçirir.
Qeyd edək ki, təlim-məşq toplanışı həftənin sonuna kimi davam edəcək. Bundan sonra komanda hazırlıqlarını Bakıda davam etdirəcək.