Azərbaycan, Bakı, 9 may /Trend/
FİFA bu gün milli komandaların may ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
Trend-in məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Aktivində 305 xal olan millimiz 109-cu pillədə qərarlaşıb. DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Pireney təmsilçisi 1190 xalla 5-ci pillədəki mövqeyini qoruyub.
Rusiya millisi isə ötən ayla müqayisədə yerində sayıb. Dik Advokatın komandası 1049 xalla 11-ci pillədə qalıb. Digər rəqiblərimizdən İsrail 58-ci (0), Şimali İrlandiya 100-cü (0), Lüksemburq isə 119-ci (0) pillədə qərarlaşıb.
Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1442 xalla 1-ci pillədəki mövqeyini qoruyublar. Almaniya yığması siyahıda 2-ci, Uruqvay millisi isə 3-cüdür.