...

London Olimpiadasında Azərbaycan avarçəkəni ¼ finala yüksəlib

İdman Materials 28 İyul 2012 17:03 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub.
London Olimpiadasında Azərbaycan avarçəkəni ¼ finala yüksəlib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub.

Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olub.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6:49.81 nəticə göstərərək ikinci yeri tutub. Bununla da Aleksandrov ¼ final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə İsveç, üçüncü yerə isə Monako idmançıları çıxıblar.

Qeyd edək ki, qruplarda ilk 3 yeri tutanlar ¼ finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanırlar.

Xəbər lenti

Xəbər lenti