...

Bakıda yeniyetmələr arasında dünya çempionatında sərbəst güləş yarışlarına yekun vurulub (FOTO)

İdman Materials 22 Avqust 2012 22:32 (UTC +04:00)
Bakıda yeniyetmələr arasında dünya çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.
Bakıda yeniyetmələr arasında dünya çempionatında sərbəst güləş yarışlarına yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Avqustun 21-də Bakıda start götürən yeniyetmələrin Dünya çempionatında sərbəst güləş yarışları başa çatdı. Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma komandamızın üzvləri 8 medal qazanmaqla komanda hesabında ikinci nəticə göstərdilər. Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) qızıl medal qazanaraq dünya çempionu adına layiq oldular. Ruslan Surxayev (50 kq), Çermen Baqayev (85 kq) və Səid Həmidov (100 kq) yarışı ikinci yerdə bitiriblər. Məhəmmədhüseyn Həsənov (54 kq), Şamil Sadullayev (69 kq) və Məhəmmədhacı Muxutov (76 kq) isə turnirin bürünc medallarına sahib oldular.

2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız ümumilikdə 74 xal topladı.

Xəbər lenti

Xəbər lenti