...

Futbol üzrə Azərbaycan millisi DÇ 2014-ün seçmə mərhələsində ilk xalını qazanıb

İdman Materials 7 Sentyabr 2012 22:54 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu ilk xalını qazanıb.
Futbol üzrə Azərbaycan millisi DÇ 2014-ün seçmə mərhələsində ilk xalını qazanıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə ilk oyununda ilk xalını qazanıb.

Trend-in məlumatına görə, görüşdə hesabı qonaqlar açıblar. Oyunun 50-ci dəqiqəsində Bibers Natxo qola imza ataraq İsrail millisini hesabda irəli çıxarıb.

Matçın 64-cü dəqiqəsində isə Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Sloveniyadan olan hakimlər briqadası idarə edirdi.

Milli komandamız növbəti oyununu sentyabrın 11-də səfərdə Portuqaliya yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti