...

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edildi

İdman Materials 21 Sentyabr 2012 18:35 (UTC +04:00)
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının təqvimində dəyişikliklər edib.
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edildi

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının təqvimində dəyişikliklər edib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, qurumun prezidenti Ramin Musayev "Xəzər Lənkəran" FK-nın stadionunda U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Topaz Premyer Liqasının təqvimində aşağıdakı dəyişikliklərin edilməsi barədə əmr imzalayıb:

1. Topaz Premyer Liqasının VI turunun "Xəzər Lənkəran" - "Bakı" matçı 25 sentyabr 2012-ci il tarixindən 06 dekabr 2012-ci il tarixinə keçirilsin.

2. "Xəzər Lənkəran" - "Bakı" matçı 06 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun "Simurq" - "Xəzər Lənkəran" matçı 08 dekabr 2012-ci il tarixindən, "Turan" - "Bakı" matçı isə 09 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci tarixinə keçirilsin.

Xəbər lenti

Xəbər lenti