...

Azərbaycan voleybolçuları dünya çempionatında ikinci yerlə kifayətləndilər

İdman Materials 19 Oktyabr 2012 20:56 (UTC +04:00)
Qətərdə keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub.
Azərbaycan voleybolçuları dünya çempionatında ikinci yerlə kifayətləndilər

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Qətərdə keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub.

Trend-in məlumatına görə, finalda Bakının "Rabitə" klubu Braziliyanın "Sollis Nestle" komandası ilə qarşılaşıb.

Qeyd edək ki, bundan əvvəl təmsilçimiz qrup mərhələsinin ilk oyununda braziliyalılara 1:3 hesabı ilə məğlub olmuşdu.

Voleybolçularımız bu dəfə də cənubi amerikalılara qalib gələ bilməyiblər. Hər üç setdə üstün olan "Sollis Nestle" (3:0 - 25:16; 25:14; 25:17) dünya çempionu olub.

Bu görüşdən əvvəl isə üçüncü yer uğrunda görüş keçirilib. Türkiyə "Fənərbaxça"si Puerto-Rika "Lançeras de Katano" klubu ilə oyunda 3:0 (25:16, 25:17, 25:17) hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti