...

Mirhacib Məcid: Hər zaman oxucuya doğru, dürüst informasiya verməyə çalışmışıq

İdman Materials 16 Noyabr 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Hər zaman oxucuya doğru, dürüst informasiya verməyə çalışmışıq. Bunu Trend-ə açıqlamasında dörd yaşını qeyd edən Qol.Az saytının baş direktoru Mirhacib Məcid deyib.

"Təsadüfi deyil ki, hazırki vəziyyətdə Qol.Az KİV-də ən çox istinad olunan, etibar edilən idman portalıdır. Məhz bu ağır rejimdə çalışmağımızın nəticəsidir ki, hər gün saytımızı minlərlə oxucu ziyarət edir" Məcid əlavə edib.

Onun sözlərinə görə, dörd illik fəaliyyətləri ərzində durmadan səylə çalışıblar.

"Bundan sonra da dayanmaq fikrimiz yoxdur. Zirvədəki yerimizi qorumaq və yeni layihələr üzərində düşünürük. Oxucularımız üçün xeyli sürprizlərimiz var" Məcid deyib.

Qeyd edək ki, Qol.Az saytının fəaliyyətə başlamasından dörd il ötür. Dörd il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Qol.Az son dörd ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Hazırda sayta gündəlik ziyərətçi sayı orta hesabla 12.000-dir. 2009-cu ilin yekunlarına görə, Qol.Az "Milli net" mükafatının "İlin ən yaxşı idman saytı" nominasiyasında birinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti